iabbasov

İsmət Abbasovun başı dərddə

Kənd təsərrüfatı naziri əlavə vəsait istədi, işi prokurorluğa göndərildi

Kənd Təsərrüfati Naziri Ismət Abasovun yaritmaz fəaliyyəti ölkədə kənd təsürrüfatini iflic vəziyyətə salıb. Taxıl biçimi mövsümündə kombaynlar çatışmır, yetişdirilmiş məhsul  batır, fermerlər ziyana düşürlər. Bu barədə redaksiyamıza bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, indi də ölkədə yoãluxucu xəstəlik tüğyan edir, yüz minlərlə heyvanlar tələf olur, önləyici tədbirlər görülmür.
Başqa məlumatlara görə, taxıl yığımı dövründə yaranmış kombayn böhranını aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri Ismət Abasov Maliyə Naziri Samir Şərifova əlavə vəsaitlərin ayrilmasi üçün müraciət edib. Maliyə nazirinin Ismət Abasovla münasibətləri gərgin olduğundan, o, əlinə düşmüş imkandan istifadə edərək    kənd təsərrüfatı nazirinə tutarlı zərbə vurur.
Maliyyə naziri Samir Şərifov Ilham Əliyevə müraciət edib ki, kənd təsərrüfatına ayrılan vəsaitlər imkan verirdi ki, bütün ehtiyaclar ödənilsin.
Maliyə naziri müraciətində xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış subsidiyalar, digər vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir.
Ilham Əliyev də maliyyə nazirinin müraciətinə əsaslanaraq yoxlama təyin edib. Yoxlama Maliyyə Nazirliyinə həvalə olunub. Aparılan araşdırmalar nəticəsində külli miqdarda korrupsiya faktları üzə çıxıb. Akt tərtib edilib, materiallar Respublika Prokurorluğuna göndərilib.
Mütəxəssis kimi bu araşdırmaya cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət şöbəsinin baş məsləhətçisi Faiq Bayramov Ismət Abasovun göstərişi ilə aktı imzalamaqdan imtina edib və təcili məzuniyyətə göndərilib.
Nazir Ismət Abasov faktları ört-basdır etməyə çalışır. Çünki bu korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyat edir.
Məlumatlarda həmçinin bildirilir ki, KTN-nin struktirlarının adı mənimsəmədə hallanan bir neçə işçisindən istefa ərizələri alınıb. Lakin Nazir Ismət Abasov onlarin əmrlərini verməyə tələsmir, prokurorluğun araşdırmalarının sonunu gözləyir.