“El” Hərəkatı fövqəladə toplandı keçirir

“El” hərəkatının sədri Eldar Namazov təcili toplantı çağırıb. Bu barədə AzNews.az-a “El” hərəkatının sədr müavini Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, saat 16:00-a təyin edilən iclasda “El”in idarə heyətinin üzvləri iştirak edəcək. Toplantıda son günlər hərəkat ətrafında baş verən hadisələr, eyni zamanda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunacaq”.