Con Kerri: Suriya 1429 nəfər kimyavi hücumun qurbanı olub
ABŞ kəşfiyyatının məlumatına görə, avqustun 21-də Dəməşk yaxınlığında kimyavi hücum nəticəsində 1429 nəfər, o cümlədən 426 uşaq ölüb. Bunu ABŞ dövlət katibi Con Kerri açıqlayıb. Hücum «görünməmiş dəhşət» adlandıran dövlət katibi Bəşər Əsəd qüvvvələrinin təkcə avqustun 21-də deyil, ondan əvvəl də dəfələrlə kimyavi silah işlətdiyini bildirib.
azadlıq.info