Riberi Avropanın ən yaxşısı seçildi

Bu gün 2012-2013-cü il iövsümündə Avropanın ən yaxşı futbolçusu müəyyən edilib. Namizədlər «Barselona»nın argentinalı ulduzu Leonel Messi, «Bayer Münhen»in oyunçusu Frank Riberi və «Real»ın portuqaliyalı oyunçusu Kriştiano Ronaldu idi. Namizədlər arasında ən az şanslı görünən Ronaldu mükafatlandırma mərasiminə qatılmayıb.  Avropa idman jurnalistləri arasında keçirilən səsvermə nəticəsində «Bayer Münhen»in oyunçusu   bu ada layiq görülüb. Riberi ötən mövsüm komandası ilə birlikdə Çempional Liqasının, Almaniya Çempionatının və Almaniya kubokunun qalibi olub. 

azadlıq.info