ABŞ səfirliyi Xədicə İsmayılla bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Xədicə İsmayılla ilə bağlı bəyanat yayıb. Bəyanatda jurnalistə qarşı təqiblər pislənib:

“Əvvəl qeyd etdiyimiz kimi Amerika Birləşmiş Ştatları Azərbaycanda ifadə azadlığını dəstəkləyir. Lakin ABŞ-da və digər yerlərdə də olduğu kimi, bu azadlıq iyrənc şəxsi hücumların ictimailəşdirilməsi üçün istifadə olunmamalıdır. Jurnalist Xədicə İsmayılovaya qarşı istiqamətləndirilmiş davamlı təhqiredici təqib bizi çox təlaşlandırır. Bu cür davranışlar dəhşət doğurur və dayandırılmalıdır. 

Biz davamlı şəkildə təkid edirik ki, bu halın qanuni istintaqı Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə müvafiq şəkildə tamamlansın. Bunu etməklə Azərbaycan göstərəcək ki, ələlxüsus bu seçki ilində, qanunun aliliyini dəstəkləyərək və etik və möhkəm media mühitini təbliğ edərək, müxbirlərin haqq və təhlükəsizliyinin qeydinə qalır”.