Rusiya və Çin təmsilçiləri BMT yığıncağını tərk edib

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, həmin yığıncaqda Britaniyanın Suriya üzrə qətnamə layihəsi müzakirə olunub. Olayın təfərrüatı barədə məlumat yayılmayıb. Mənbənin xatırlamasına əsasən, həmin layihədə BMT nizamnaməsinin 7 –ci maddəsinə uyğun olaraq, güc tətbiqi də nəzərdə tutulub. «Britaniyanın qətnaməsində dinc suriyalıların kimyəvi silahdan qorunması üçün BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq, lazım olan bütün tədbirlərin görülməsi nəzərdə tutulub» – deyə, Britaniyanın baş naziri Devid Kemeron «tvitter» səhifəsində yazıb.