Bakı yaxınlığında avtobus qəzası: ölən və yaralananlar var

Daxili İşlər Nazirliyi avqustun 28-də saat 00.45 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini İbrahim Aslanov idarə etdiyi “Daewoo” markalı avtobusu yolun kənarındakı dəmir səddə vurduğundan, arxadan gələn həmyerlisi Natiq Qədəşovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın ona çırpılıb. Nəticədə N.Qədəşovun sərnişinlərindən 40-45 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış özü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.