Ekranların reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” növbəti mövsümdə də Türkiyənin ATV telekanalında yayımlanacaq. Artıq yeni mövsümün ilk seriyasının nümayiş etdiriləcəyi də məlumdur. Musavat.com-un “Yazete”yə istinadən verdiyi məlumata görə, 196-cı seriya sentyabrın 12-də həmişəki saatında tamaşaçılara təqdim olunacaq.
Yeni seriyadan ilk fraqmentlər yayımlanıb. Fraqmentlərdən belə məlum olur ki, “Kurtlar Vadisi Pusu” 11-ci yayım ilinin ilk seriyasında Misirdəki hərbi çevriliş, Suriyada baş verənlər, eləcə də, İstanbulda Gezi parkı ilə bağlı yaşanan toqquşmalara toxunacaq. Qeyd edək ki, serialın qəhrəmanı Polat Alemdar rolunu canlandıran Necati Şaşmazın baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verdiyi bəyanatlar Türkiyədə qınaqla qarşılanmışdı.