Nazirin ortağı Paşayevlərin qəzəbinə gəlib

Hafiz Məmmədovun mühafizəçisi ilə Hafiz Paşayevin cangüdəni arasında insident aranı qatıb

Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov Paşayevlərin qəzəbinə gəlib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, bir müddət əvvəl Hafiz Məmmədovun mühafizəçisi ilə Ilham Əliyevin xanımı Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin cangüdəni arasında insident baş verib. Problem həddən artıq böyüyüb.
Və Hafiz Paşayev şəxsən məsələyə müdaxilə edib. Onun müdaxiləsindən sonra Hafiz Məmmədovun mühafizəçisi həbs edilib. Məlumatda deyilir ki, Ziya Məmmədovla Hafiz Məmmədov bundan təşvişə düşüb. Nazir və ortağı, həmçinin yaxın ətrafları hesab ediblər ki, bu insidentin zərbəsi onlara da dəyə bilər.
Bildirilir ki, Ziya Məmmədov və Hafiz Məmmədov bütün əlaqələrini işə salaraq, xeyli xahiş-minnətdən sonra problemi qismən yoluna qoyublar. Yəni, Hafiz Məmmədovun mühafizəçisi sərbəst buraxılıb. Özü də şəxsən Hafiz Paşayevin təşəbbüsü ilə.