Elman Məmmədzadə: «Rüstəm bəyin namizədliyi əsassız olaraq qeydə almayıb»
MSK-nın bu gün keçirilən iclasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi təsdiq edilməyib.
“Azadlıq” qəzetinə açıqlamasında MSK-nın qərarına münasibət bildirən Milli Şura Təşəbbüs Qrupunun nümayəndəsi, ALP İcrayə Komitəsinin sədri Elman Məmmədzadə bildirdi ki, qəbul edilən qərarı qanuna zidd sayır. Seçki Məcəlləsinin 53-cü maddəsinə görə MSK-nın sənədlərini təqdim etmiş prezidentliyə namizədə 5 gün müddətinə cavab verməli olduğunu deyən E.Məmmədzadə vurğuladı ki, səndələr MSK-ya təqdim edildikdən 6 gün keçdikdən sonra qərar verilib: «İkinci bir qanun pozuntusu. MSK namizədlə bağlı qərar verməmişdən öncə ya namizədin özünü, ya da onun nümayəndəsini çağıraraq məlumat verməli idilər. MSK nə namizədin özünü, nə də sənədləri MSK-ya təqdim etmiş Milli Şura Təşəbbüs Qrupunun nümayəndəsini dəvət edib. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması qanuna ziddir. Rüstəm bəy Azərbaycan vətəndaşıdır, on ildən artıq Azərbaycanda yaşayır. Onun Rusiya vətəndaşlığından imtina etməsi barədə MSK-ya sənəd də təqdim olunub. MSK əsassız olaraq Rüstəm bəyin namizədliyinin qeydə alınmasından imtina edib. Bu siyasi sifarişdən başqa bir şey deyil. Bu Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçki kampaniyasından uzaqlaşdırılması üçün görülmüş bir tədbir idi».
Xəyal