İbrahimbəyov xalqa çağırış etdi

“Hərə 1 manat köçürsün”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov xalqı bu quruma maddi cəhətdən dəstək olmağa çağırıb. İbrahimbəyov bu barədə fikrini “Yeni Müsavat”a müsahibəsində səsləndirib. “Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına hərə 1 manat köçürsün. Ən azı 1 milyon insan belə etsə, bu həm də o deməkdir ki, seçicilərin 25 faizi hakimiyyətə “get” deyir. Bu çox önəmlidir”, – deyə o, bildirib.