Avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib
Bakı şəhəri, Səbail rayonunda “ZİL” markalı yük avtomobili dərəyə aşıb. ANS PRESS FHN-ə istinadən xəbər verir ki, bunun nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.