Avqustun 26-da gnəc siyasi məhbus, NİDA Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin doğum günüdür. Bu münasibətlə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı onu təbrik edib. Təbrikin mətni AXCP Gənclər Komitəsinin Facebook səhifəsində yerləşdirilib. Təbrikdə deyilir:
“Şərə qarşı vuruşduğu üçün şərlənərək həbs olunmuş Nidaçı Üzeyir Məmmədlinin 26 yaşı tamam olur. Azadlıq ideyalarını vətənimizdə gerçəkləşdirmək istəyən bir gənc doğum gününü barmaqlıqlar arxasında qeyd edir. Belə günlərdə adam məyuscasına demək istəyir ki, təbii, bura Azərbaycandır, nəcib istəklər üçün savaşanlar həbsxanada olur əksər hallarda. Ümidsiz olmağa dəyməz. Bu, çox getməyəcək. Hamımızın bir olan iradəsi ilə köklü dəyişiklik baş verəcək, Üzeyir kimi ideya adamları şərə, böhtana qalib gələcək. Üzeyir bəy, 26 yaş münasibətlə cəbhəçi gənclər adından təbrik edirəm! Günəşli günlərdə görüşmək inamı ilə!
Hörmətlə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı”