Fransanın rəhbərliyi tezliklə Suriya münaqişəsinə hərbi müdaxilə barədə qərar çıxarılacağını bildirib
Suriyaya qarşı hücum Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) sanksiyaları olmadan da mümkündür, çünki bu ölkədə kimyəvi silah istifadə edilib. Bu barədə bu gün Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib. Britaniya nazirinin fikrincə, Suriya əleyhinə qətnamələrin Rusiya və Çin tərəfindən əngəlləndiyi BMT TŞ Suriya məsələsinin nizamlanması üzrə məsuliyyəti öz üzərinə götürmək istəmir. Yaxın keçmişdə Liviyadakı hərbi əməliyyatların təsəbbüşkarı olan Fransanın rəhbərliyi də bildirib ki, tezliklə Suriya münaqişəsinə hərbi müdaxilə barədə qərar çıxarılacaq. (anspress.com)