Bir müddət əvvəl “Holcim (Azərbaycan) şirkətinin əməkdaşı Ülviyyə Xeyrullazadə “Azadlıq”a həmin şirkətlə bağlı yaranan probləmlər haqqında məlumat vermişdi. Dünən redaksiyamızla əlaqə saxlayan Ülviyyə Xeyrullazədənin sözlərinə görə, artıq şirkət tərəfindən problem həll edilib. “Artıq mənim “Holcim” (Azərbaycan) şirkətinə və onun rəhbərliyinə qarşı heç bir iddiam yoxdur. Yaranmış annlaşılmazlığı məhkəmədən kənar həll etdiyinə görə “Holcim” şirkətinə təşəkkürümü bildirirəm”,- deyə o, vurğulayıb.