Alim Qasımov qızı ilə Fransa və Türkiyədə konsert verəcək

Azərbaycanın xalq Artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək.
AzərTAc xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.

Xalq artisti sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcək.

Xarici səfərlərdə görkəmli muğam ifaçısının qızı, əməkdar artist Fərqanə Qasımova da iştirak edəcək.
Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər.