Abbas Abbasov ittihamlara cavab verdi

Baş nazirin sabiq birinci müavini təzyiqlərdən çəkinmədiyini ortaya qoydu

“Barəmdə kim nə yazırsa, yazsın. Mən bunlara əhəmiyyət vermirəm. Bu həmin adamların problemidir”. Bu sözləri Moderator.az-a açıqlamasında hazırda Rusiyada yaşayan, “Milyarderlər Ittifaqı”nın sədri, baş nazirin sabiq birinci müavini Abbas Abbasov son zamanlar bəzi media orqanlarında barəsində yayılan xəbərlərə münasibətində bildirib.
Abbas Abbasov deyib ki, bəzilərinin iddia etdiyi kimi müdafiəyə də ehtiyacı yoxdur: “Mənim müdafiəyə də ehtiyacım yoxdur. Bu məsələlərlə bağlı xüsusi açıqlama, müsahibə vermək niyyətim yoxdur. Kim nə istəyirsə, yazsın”.
Abbas Abbas “Milyarderlər Ittifaqı”nın sədri olduqdan sonra hakimiyyətinə hədəfinə gəlib. Iqtidara yaxın mediada baş nazirin sabiq müavini barədə ittiham dolu yazılar dərc edilir. Bir müddət əvvəl isə Abbas Abbasov Kremlin Ilham Əliyevlə bağlı hazırladığı qəsd planında yer alması məlumat yayılmışdı.
Lakin görünür, Abbas Abbasov hakimiyyətindən təzyiqlərindən çəkinmir. Əslində onun belə bir mövqe sərgiləməsi başadüşüləndir. Abbas Abbasov uzun müddət Azərbaycan iqtidarı ilə işləyib. Hakimiyyətdə ən nüfuzlu məmurlardan olub. Kifayət qədər məlumatlı şəxsdir. Azərbaycanda isə hər hansı iri biznesə sahib deyil. O, malik olduğu məlumatları açıqlacayağı təqdirdə hakimiyyət çətin vəziyyətə düşə bilər.