Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması qolsuz bərabərliklə başa çatıb. “Böyük oyun”dan sonra azarkeşlərlə polis və daxili qoşunların əsgərləri arasında insident yaşanıb. Belə ki, ev sahibi azarkeşlər fakerləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb. Fanat.az saytının verdiyi məlumata görə, artıq stadionda baş verən yanğının qarşısı alınıb. Lakin cənublular hələ də stadionu tərk etmək istəmir. Azarkeşlərlə asayiş keşikçiləri arasında toqquşma nəticəsində Daxili Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.