Hitlerlə bağlı gizli məqamlar üzə çıxdı

Nasist lider Adolf Hitlerlə bağlı gizli məlumatlar ortaya çıxıb.  “National Geographic” kanalında yayımlanan sənədli filmdə, 1945-ci ildə Berlindəki sığınacağında intihar edən Hitlerin dərman asılısı olduğu qeyd olunub. Hitlerin xüsusi həkimi Theodore Morellin məktubları bu iddiaları dəstəkləyib. Həkimin qeydlərinə görə, Hitler maniakal depressiyadan əziyyət çəkən Hitler, bu səbəbdən hər gün təxminən 80 ədəd müxtəlif dərman qəbul edib. O, özündən daha gənc olan Eva Braun ilə yataqda xoşbəxt olmaq üçün də dərmanlardan istifadə edib.