Artıq Milli Şuranın ehtiyat vahid namizədi təsdiqlənib. Sənədləri də bu gün Mərkəzi Seçki Komissiyasına göndərilib. Bundan sonra namizədini müstəqil şəkildə irəli sürmüş Müsavat partiyasının növbəti addımı nə olacaq? İsa Qəmbər öz namizədliyini geri götürəcəkmi?
Müsavat başqanı İsa Qəmbər bununla bağlı “Deyerler.org”a bildirib ki, onun nəmizədliyini irəli sürmüş Müsavat Partiyasının Divanı gələn həftənin birinci günü yekun qərarını açıqlayacaq: “Təbii ki, indiki şəraitdə namizədliklə bağlı hər hansı bir addım atmaq qərarında deyildik. Sadəcə olaraq bu bizim Məclisimizin qərarı idi. Məclisin qərarı isə yalnız Məclisin səlahiyyət verdiyi Divanının toplantısında qəbul oluna bilər. Yəqin ki, avqustun 26-ı Divanın toplantısında bu məsələ aydınlaşacaq”.