Cənubi Koreyada qadınlar avropalılara bənzəmək üçün qeyri-adi plastik əməliyyətə əl atır. Daim gülümsəmək üçün dodaqların uclarının qaldırılması əməliyyatı geniş yayılmaqdadır. Plastik əməliyyət kifayət qədər ağrılı və risklidir, çünki uğursuzluq nəticəsində dodaqlarda eybəcər çapıqlar qalır. Bir çoxları əməliyyatın nəticəsini Betmen haqqında komikslərin qəhrəmanı Cokerə bənzədib. Cənubi Koreyada getdikcə daha çox insan, əsasən də qadınlar gözəl gülüş üçün riskə getməyə hazırdır. Yeri gəlmişkən, plastik əməliyyatların sayına görə bu ölkə dünyada birinci yerdə qərarlaşıb.
azadlıq.info