Bakıda ər arvadını qəbiristanlıqda güllələdi

Bakıda ər arvadını qəbiristanlıqda qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Babək prospektində yerləşən qəbiristanlıqda qeydə alınıb.

1980-ci il təvəllüdlü Rövşən Sabir oğlu Mehdiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmilə Fərrux qızı Mehdiyevanı tüfəngdən açdığı atəş nəticəsində qətlə yetirib.

Hadisədən sonra R.Mehdiyev polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.