Azərbaycanlı diplomat dənizdə batıb

Bakının Pirşağı qəsəbəsində diplomat Cavanşir Vəkilov 62 yaşında dünyasını dəyişib. C.Vəkilov şair Səməd Vurğunun qardaşı, məşhur tarixçi-pedaqoq Mehdixan Vəkilovun oğludur.
Mərhumun qohumu, vəkil Səməd Vəkilov bildirib ki, o, dənizdə batıb.
Qeyd edək ki, Cavanşir Vəkilov 1951-ci ildə dünyaya gəlib. O, 2004-cü ildə Azərbaycanın Təbrizdə baş konsulluğunu açıb və 2005-ci ilin martınadək baş konsul vəzifəsini icra edib. Həyatının son günlərinədək C.Vəkilov Azərbaycan Xarici İşlər Nazirliyində aparıcı məsləhətçi, habelə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi çalışıb.
Allah rəhmət eləsin!