Xaçmazda 4 uşaq anası özünü yandırdı

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Şərifoba kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 4 uşaq anası 24 yaşlı Elnaz Şakir qızı Ömərova özünü yandırıb.

Yaralı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan RTV-yə verilən məlumata görə, Elnaz Ömərova tibb müəssisəsinə bədənin bütün hissələrinin termiki alov yanığı və yanıq şoku ilə gətirilib. Xəstənin vəziyyəti ağır olduğundan, yardım göstərildikdən sonra o, paytaxt xəstəxanalarından birinə göndərilib. Amma Elnaz Ömərovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. Fakt hüquq mühafizə orqanları tərəfindən araşdırılır.