Əhməd Davudoğlu: «Bunun üçün gizli diplomatiyamız davam edir»
Misirdə hərbi çevrilişdən öncə Türkiyə nümayəndələrinin Qahirədə Məhəmməd Mursi ilə görüş keçirdiyi məlum olub. Bunu “Kanal 24″ün qonağı olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. O qeyd edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Misirdəki məlum hadisələrdən bir neçə həftə öncə Türkiyə kəşfiyyatının rəhbərini Mursi ilə görüşə göndərib:
”Əslində mən də Qahirəyə getməyi düşünürdüm. Lakin ciddi börhan görüntüsünü yaratmamaq üçün bu fikirdən vaz keçdim”.
Davudoğlu Ankaranın Misirin devrilmiş prezidentilə təmaslar qurmaq üçün səylərini davam etdirdiyini vurğulayıb: “Bunu ilk dəfə açıqlayıram: Mursi ilə görüşmək üçün indi də gizli diplomatiyamız davam edir”(APA).