«Yeni Azərbaycan»ın atəşi altına düşmüşəmsə, bu çox gözəldir»
Hakimiyyətə yaxınlığı ilə seçilən mətbuatın müxalifət nümayəndələrinə, xüsusilə Milli Şura üzvlərinə qarşı hücumları səngimək bilmir. Ənənəvi metodlardan istifadə edən rəsmi mətbuat rəqiblərini tənqid, hətta təhqir etmək üçün müxtəlif üsullara əl atıb. Rəsmi KIV-lərin daimi hədəfində olan şəxslərdən biri də “Turan” agentliyinin direktoru Mehman Əliyevdir.
Hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti növbəti dəfə Mehman Əliyevi və onun rəhbəri olduğu informasiya agentliyini hədəfə alıb. Qəzetin yazdığına görə, “Turan” agentliyi Azərbaycanın icazəsi olmadan işğal edilmiş torpaqlara səfər edən xaricilərin adlarının “qara siyahıya” salınmasını tənqid edən material yayıb və bunu agentliyin ermənipərəst qüvvələrin mövqeyini qabartmaq kimi qələmə verib. “Turan” agentliyini anti-azərbaycançı dairələrə xidmət etməkdə ittiham edən qəzet agentliyin rəhbəri Mehman Əliyevin antimilli xislətini göstərdiyini iddia edir.
“Yeni Azərbaycan”ın ittihamlarına ironik şəkildə cavab verən Mehman Əliyev belə yazılara müsbət münasibət bildirdiyini dedi. Çünki bu tipli qəzet ancaq böhtan yaymaq, qara yaxmaqla məşğuldur: “”Yeni Azərbaycan” kimi qəzet məni təhqir edirsə, böhtan atırsa, bu mənim üçün şərəfdir. O tipli qəzet ancaq böhtan yaymaqla, qaralamaqla məşğuldur. Əgər onun atəşi altına düşmüşəmsə, bu çox gözəldir”.
Fizzə