Bəhram Bağırzadə yaddaşını itirir

Aktyor Bəhram Bağırzadə mənfi cəhətlərindən danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi açıqlamasında yaddaşını itirməyə başladığını deyib:

“Əvvəllər belə problemim yox idi. Yəqin yaşla əlaqədardır. Axı insan yaşa dolduqca yaddaşını itirməyə başlayır. Artıq məndə bu proses gedir. Əgər əvvəllər konsertboyu bütün səhnələri əzbər oynayırdımsa, indi görürəm ki, daha sözlər yadımda qalmır. Həkimlər deyir ki, məndə yaddaş problem deyil. Sadəcə beynim çox yüklənib. Bəzi informasiyaları başqa fayllara yükləməliyəm ki, bu da mümkün deyil.

Beynimdə o qədər informasiyalar var… Nə qədər məişət problemlərinin dərdini çəkirəm, imkansız qonşunun fikrini belə edirəm. Bunlar məni çox əsəbiləşdirir. Çox sərtəm. Dünyada ən vacib şey övladlarımın tərbiyəsidir. Onların rejimində hər şey yerli-yerində olmalıdır.

Hərdən dostlarıma qarşı ürəyim istəyən kimi davrana bilmirəm. Məsələn, kiməsə kömək lazımdır, amma imkanlarım məhdud olduğundan bunu edə bilmirəm. Bunları özüm üçün mənfi cəhət hesab edirəm”.