Ürəyi qarnında olan gənc (FOTO)

Çinin Xenan vilayətində yaşayan 24 yaşlı Xuan Ronminq həkimlərin nadir hallarda rastlaşdığı vəziyyətdə dünyaya gəlib. Azadlıq-ın Daily Mail-ə istinadən verdiyi məlumata görə onun ürəyi qarnında döyünür. Ürəyi qarın boşluğunda yerləşən gənc hamı kimi normal həyat sürür. O fabrikdə işləyir. Həkimlər onun bir zərbə ilə həyatını itirə biləcəyindən ehtiyatlanır çünkü qarın boşluğunda yerləşən ürək demək olar ki, qorunmasızdır. 

Onun həkimi Xuanın hələ də yaşamasının bir möcüzə olduğunu deyir. Ürəyin yerinə qaytarılması mümkün deyil.  Buna baxmayaraq cərrahlar əllərindən gələni etməyə çalışırlar ki, gənc bundan sonrakı həyatını normal şəkildə davam eləsin.