Tural Abbaslı azadlığa buraxıldı

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə Gənclər Təşkilatının sədrinə məxsus facebook səhifəsində məlumat verilib.

Məlumatda bildirilir: “Tural Abbaslı bu gün saat 14-00 da sərbəst buraxılmalıydı, ancaq vaxtından öncə buraxıblar ki, qarşılanma olmasın. Tural bəy indi öz evlərindədir”.

Qeyd edək ki, avqustun 7-də Nəsimi Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının məhkəməsi olmuşdu.

Tural Abbaslı 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında cərimələndiyi və 600 manat cəriməni ödəməkdən imtina etdiyi üçün barəsində 220 saat ictimai işlərə cəlb olunmaqla bağlı qərarı verilmişdi, lakin o, 220 saatlıq işdən boyun qaçırmışdı.