“Qarabağ” “Ayntraxt”a məğlub oldu

 

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxarıb. Ağdam təmsilçisi öz meydanında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə üz-üzə gəlib.

“Qarabağ” buna qədər iki dəfə pley-off mərhələsində mübarizəni dayandırıb. Bugünki görüş də “Qarabağ”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Təkrar oyun bir həftə sonra Almaniyada baş tutacaq.