Elçibəy yad edildi (VİDEO)

Avqustun 22-i Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 13-cü ildönmüdür. Bununla əlaqədar olaraq hər il olduğu kimi, bu gün də onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Səhər saatlarında Azərbaycanın demokratik qüvvələri Elçibəyin
dəfn olunduğu Fəxri Xiyabana gedib, onun məzarını ziyarət ediblər. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın və İctimai Palatanın başqa üzvləri Elçibəyin xatirəsini anaraq, ruhuna dualar oxuyub, məzarı üstünə əklil və çiçəklər qoyublar.