“Yoxdur bu rüsvalığın dərdinə dərman, ey təbib!”

Tibbin sirrini bilən qədim təbiblərimiz

Azərbaycanda tibb elminin tarixi çox qədimlərə gedib çıxır. Hələ çox qədimlərdən bu ərazidə tibbin sirlərinə bələd olan məşhur təbiblər vardı ki, onlar təbii yollarla insanları müalicə edir, şəfalı bitkilərin və başqa maddələrin “dilini” gözəl bilirdilər. 

Qədim tibb tarixini araşdıran tarix elmləri doktoru Fərid Ələkbərli o zaman uzaq ölkələrdə də yaxşı tanınan onlarla görkəmli Azərbaycan təbibinin həyat və fəaliyyəti haqqında məlumat verir. Bu alimlər arasında indi xalq arasında adları xeyli məşhur olan şəxslərdən başqa, az tanınan, amma elmi irsi onlardan çox geri qalmayanları da var. Təbabəti, az qala, müasir həkimlər səviyyəsində bilən bu şəxslərin günümüzə gəlib çıxan əsərləri də sübuta yetirir ki, onlar, həqiqətən, yüksək dərəcədə bilgili alimlər olmuşlar.     

“Ərəb və fars dilini mükəmməl bilən Azərbaycan həkimləri, Bağdad, Dəməşq,ÿQahirə kimi Xilafətin müxtəlif şəhərlərinə səfər edir, orada təhsil alır və işləyirdilər.ÿƏcnəbi müəlliflərinÿkitabları da Azərbaycana yol tapırdı. Bu dövrdə Azərbaycanda ƏbuÿOsman Müvəffəq əl-Hərəvinin farmakolojiÿ ensiklopediyası yayılırdı. ƏbuÿOsman ÿXÿəsrdə Iranın Herat vilayətində yaşayıb yaratsa da, ÿonun ÿkitabları bütün Müsəlman Şərqində, ÿoÿ cümlədən Azərbaycanda, məşhur idi. Dərman bitkiləriÿ haqqında məlumat toplamaq üçün, Əbu ÿOsman bütün dünyanı gəzmiş və bir çox xalqların, o cümlədən azərbaycanlıların, tibbi ənənələri ilə tanış olmuşdu. Dahi Əbu Əli Ibn Sina (980-1037) da dəfələrə Azərbaycanda olmuş və buradan tibbi məlumatlar toplamışdı. O, ”Qanun fit-Tibb” (“Tibb qanunları”) əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. Ibn Sina uzun müddət Azərbaycanın hüdudlarında yerləşən Həmədan şəhərində yaşamışdı və “Tibb qanunları” əsərinin böyük hissəsini orada yazmışdı” (F.Ələkbərov).

Şübhəsiz ki, o dövrün salnaməçiləri daha çox təbabət elminin dahisi Ibn Sinanın yaradıcılığına daha çox maraq göstərirdilər. XI əsrdə yaşamış ÿazərbaycanlı müəllifÿ Isa ər-Raqi Tiflisi Ibn Sinanın “Qanun fit-Tibb” (“Tibb qanunları”) əsərinə şərhlər yazmışdı.ÿBundan başqa, Ibn Sinanın tələbəsi olan Azərbaycan alimi Bəhmənyar da fəlsəfəyə aid “ət-Təhsil” (“Idrak”) əsərində bir sıra tibb məsələlərindən söz açmışdır. Müəllif Əbubəkir Ibn Zəkəriyyə Razinin, Əli ibn Abbasın, Əbu Reyhan Biruninin, əl-Kindinin və Şərqin başqa böyükÿalimlərinin tibbi əsərləri ilə yaxından tanış idi.ÿÿ

Müasir həkimlər qədər elmli…

“Vikipedia”dan haqqında bioqrafik məlumat aldığımız XIII əsr görkəmli həkimlərindən biri də Əbdül Məcid Təbib olmuşdur. O, Marağadaÿyaşamış və Şərqin böyük astronom və riyaziyyatçısıÿ Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əbdül Məcid Şərqdə geniş yayılmış “Kitabüt-tibb” adlı kitabın müəllifidir. Tədqiqatçılar adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə bu əsəriÿMahmud ibn Ilyasın “Elmi təbabət kitabı”na  bənzədirlər. Amma mahiyyət baxımından onlar tam fərqli əsərlərdir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də, əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər var. Amma danmaq olmaz ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmud ibn Ilyasın kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. “Kitabüt-tibb”ÿ1275-1280-ci illərdə, Mahmud ibn Ilyasın ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Elə bu faktdan çıxış edərək, onların görüşdükləri ehtimalı da böyükdür. Bu əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir. Kitab diaqnostika və müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Əsərdə müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə və s. var.

Burada daha bir yenilik diqqət çəkir. Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə də toxunmuşdur. O, əsərində hamiləlik məsələsinə ayrıca fəsil ayırmışdır.

“Kitabda ÿpsixiatriyaya ÿdair məsələlərə xüsusi diqqət yetirilib. Təbib ”dəlilik”, “qarabasmalar” (“kabusi”), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq və s. haqda bəhs edir. I.K.Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hesab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. Insanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi və müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi də bundan ibarətdir ki, insanı mənfi təəssüratlardan çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədə “dəli” ola bilər. Əbdül Məcidin “qızğın dəli”lər barədə fikirləri də orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür təsir edir: bir növü tam ruhi sıxıntı (depressiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlar “başda” təhrif olunur, “qarışdırılır” və insan onların öhdəsindən gəlmək qüdrətində olmur, “ağıl başdan çıxır və insan özünü ələ ala bilmir”(Vikipedia).

Bəhs edilən məsələlərə nəzər salan istənilən həkim etiraf edə bilər ki, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox əvvəl mənfiÿstresslərin insanÿpsixikasına ağır təsir göstərdiyini anlamış və bunun aydın izahını vermişdir.

Azərbaycan tibbinin bələdçiləri…

Bundan başqa, XIII əsr Azərbaycan alimi Nəcməddin Əhməd Naxçıvani də Ibn Sinanınÿtibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələr yazmışdı.ÿTəbriz şəhərində yaşayıb yaratmış məşhur həkim Əbu Əbdulla Məhəmməd ibn Nəmvar Təbrizi (1194-1245) “Ədvarül-həmmiyyat” (“Ən mühüm dərmanlar”) əsərinin müəllifidir.

F.Ələkbərlinin araşdırmalarında adı keçən qədim tibb alimlərindən biri də Ibn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif Ibn Ismayıl Xoyidir. O, Azərbaycanın və ümumiyyətlə, müsəlman şərqinin ən görkəmli əczaçılarından biri olmuşdur. Onun 1311-ci ildə yazdığı “Cameyi-Bağdadi” (“Bağdad toplusu”) əsəri bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsərlərdən biri sayılırdı. Ümumiyyətlə, o, XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən biri idi. Alim Cənubi Azərbaycanınÿ Xoy şəhərində anadanÿ olmuş,ÿorada tibb üzrə təhsil almış və bir müddət əczaçıÿ işləmişdi. Sonralar o,ÿdoğma şəhərini tərk edib, Bağdada üz tutmuş vəÿxəlifələrin saray həkimi olmuşdu. Ərəb dilində yaradılmış “Cameyi-Bağdadi” əsəri ən məşhur əczaçılıq ensiklopediyalarından biri idi. Onun başqa adı “Mə lə yəsəüt-təbib cəhləhu” (“Savadsız həkimlər üçün lazım ÿolmayan kitab”) olmuşdur. Bu ensiklopedik əsərdə bir neçə min dərman bitkisindən, mineral və tibbdə istifadəÿ olunan heyvanlardan bəhs olunur. Azərbaycanlı alimin bu kitabı faktlarla zəngin olmaqdan başqa, sistemli və yığcam, sadə üslubda yazılmış əsərdir. Bu qiymətli əsərdən sonra yaradılmış əczaçılıq ensiklopediyalarının əksəriyyətində Yusif ibn Ismayıla istinad edilirdi. 

Adları çəkilən alimlər qədim dövrdə fəaliyyət göstərən tibb bilicilərindən yalnız bir neçəsi idi. Öz zəmanəsinin mükəmməl biliklərini mənimsəmiş və tibbin sonrakı inkişafına yol açmış onlarla dəyərli təbiblərimiz var ki, onların irsi haqqında da geniş söz açmağa dəyər.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir