Teatrımızda Muradov imzası

Qarapirimli soyunun davamçıları

Azərbaycan teatrının inkişafında mühüm xidmətləri olan ziyalılar sırasında Qarabağ torpağının yetişdirmələri xüsusi yer tutur. Bu şəxslər hələ peşəkar teatr formalaşmamışdan əvvəl yaranan həvəskar truppalarının oynadığı tamaşalarda yer almış, bir çox hallarda böyük fədakarlıq nümunələri göstərmişlər.     Peşəkar teatrımızın bu çətin inkişaf yolunda örnək sayılan şəxslər sırasında Qarabağ torpağının yetişdirmələri olan Muradovlar da var.

Muradovlar da Azərbaycanın tanınmış soylarındandır və onların da ölkənin tarixində böyük xidmətləri olan bir çox nəsillərlə sıx qohumluq əlaqələri mövcuddur.

Muradovlar soyunun ulu babası Seyid Vəli Qarapirimli sayılır. Mənbələrin yazdığına görə, onun ulu babası Qara Pirim Çələbi Əfəndi Hacı Qaraman Çələbi əfəndi və Balım Çələbi Əfəndi ilə birlikdə Diyarbəkr yörəsindən gəlib. Bu soyun araşdırıcılarından olan Ə.Çingizoğlu yazır ki, Seyid Vəlinin Seyid Murad, Seyid Mahmud adlı oğulları olmuşdur. Cavanşir mahalının Qarapirim kəndində anadan olan Seyid Murad Ibrahimxəlil xan Sarıcalı-Cavanşirin öncə qatırçısı, sonra əmiraxuru olmuşdu. Dəyərli xidmətlərinə görə xandan bəylik almışdı. El arasında populyar olan “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” deyimindəki Murad da həmin bu şəxsdir.

Bu nəslin iki tanınmış nümayəndəsinin həyatı sıx şəkildə Azərbaycan teatrı ilə bağlı olmuşdur. Murad bəy Məmmədrza oğlu görkəmli aktyor, teatr xadimi olmuş və bu sahədəki xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti adını almışdır. 

O, 1884-cü ildəÿAğdam ÿrayonununÿ Muradbəyliÿ kəndində anadan olmuş,ÿ1964-cü ildəÿ Bakıÿşəhərində vəfat etmişdir. Ikinci qardaş Qaflan bəy Muradovÿda məşhur aktyor olmuş, Azərbaycan SSR əməkdar artisti adına layiq görülmüşdür. O daÿ1890-cı ildə Ağdamın Muradbəyliÿkəndində dünyaya göz açmışdır. 

Teatr fədaisi olan iki qardaş

Murad Muradov öz dövrünün tanınmış simaları olan H.Ərəblinski, M.A.Əliyev, H.Sarabski, S.Ruhulla, C.Zeynalov görkəmli sənət fədailəri ilə peşəkar teatrımızın özülünü qoyanlardan sayılır. O, 1920-30-cu illərdə təbliğat briqadalarında, 1930-cu ildən isə Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Sənətkar 1907-ci ildən Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olub.

Muradovlar haqqında az yazılmış olsa da, mənbələrdə onlarla bağlı xeyli material var. 1950-ci ildə çapdan buraxılan Azərbaycan Incəsənət Institutunun “Azərbaycan incəsənəti” buraxılışında da Murad Muradovun teatr tarixindəki xidmətlərindən söz açılır. Murad Muradovun xatirələrində Azərbaycan teatrının maraqlı məqamları əks olunur, bu sənətdə öz izini qoyan sənətkarlardan bəhs edilir. 

Ikinci sənətçi qardaş Qaflan Muradov da Azərbaycan teatr sənətində öz imzasını qoymuş aktyorlardandır. O, ilk illərdə daha çox oynadığı qadın rolları ilə xatırlanır. Onun teatrla ilk tanışlığı məktəb illərinə təsadüf edir. Hələ o illərdə məktəbin direktoru Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası əsasında tamaşa hazırlanır. Bu tamaşada Yetər rolu məktəbin şagirdi Qaflan Muradova verilir. Həmin tamaşa böyük səs-küy yaradır: Əhməd bəy Abbasov başda olmaqla, tamaşanın yaradıcı heyəti qaragüruh tərəfindən hədəf götürülür. Gənc Qaflanı da küçədə məsxərəyə qoyur, “Qız Qaflan”, – deyə atmaca atırdılar. Amma bütün bu hədyanlar və əngəllər onları yoldan döndərə bilmədi. Qrup üzvləri öz işlərini davam etdirməkdə israr göstərdilər. 

Aktyor haqqında müxtəlif mənbələrdə maraqlı faktlara rast gəlmək olar. O dövrdə teatr tamaşalarının göstərilməsində xüsusi rolu olan Əbdürrəhim bəy Haqverdiyev 1910-cu ildə Ağdamda yeni dram kollektivi yaradır. O, özünün “Ac həriflər”, “Dağılan tifaq”, Mirzə Fətəli Axundzadənin “Müsyö  Jordan və dərviş Məstəli şah” və  başqa əsərlər əsasında tamaşalar hazırlayır. Həmin tamaşalarda Qaflan Muradov da rol alır. Yenə də qadın rolları, Sona və Şəhrəbanu rolları Qaflan Muradova həvalə edilir. Bu yerdə böyük teatr fədaisi Cahangir Zeynalovun yaşadığı eyni hadisə xatırlanır. Bir zaman onun öz anasının paltarlarını oğurlayıb, səhnədə geydiyi kimi, gənc Qaflan da eyni təcrübədən çıxış edir. O, Sonanı ifa edəndə anasının, Şəhrəbanu obrazında isə böyük bacısının paltarını gətirib səhnədə geyinir… 

Qadın obrazları ilə böyük sənətə…  

Qadın obrazlarını oynayan aktyorların tapılmadığı bir zamanda, Q.Muradov ardıcıl olaraq bu rollara dəvət olunur. O, “Məşədi Ibad”da Sənəmi, “Evliykən subay”da Pərzadı, “Leyli və Məcnun”da Məcnunun anasını və başqa obrazları da məharətlə yaradıb. Murad Muradov da daha təcrübəli aktyor olaraq daim Qaflana və onun sənət dostlarına  dəyərli məsləhətlərini əsirgəmir. Qardaşının vasitəsilə Qaflan Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov kimi sənətkarlarla tanış edir. 

Sonralar böyük ədibimiz Ə.Haqverdiyev Şuşada Əhməd Ağdamski, Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov və Isa Şuşinski kimi istedadlı səhnə həvəskarlarının qüvvəsi ilə maraqlı teatr kollektiv yaradan zaman da, Qaflan Muradov bir neçə ağdamlı sənət dostu ilə Şuşaya gəlir və onlara qoşulur. O, bu teatrda məşhurlaşır və mahir aktyor kimi tanınır.

Teatrın tarixində fərqli bir mərhələ olan sovetləşmə dövründən sonra Qaflan Muradov Ağdama qayıdır. O, fəhlə-kəndli klubunun nəzdində Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə, Baxış Kələntərli, Ayaz Köçərli, Ələsgər Məmmədov kimi istedadlı teatr fədailəri ilə birgə teatr kollektivi yaradır. Bu fədailər səhnədə N.Vəzirovun, Ü.Hacıbəylinin, F.Şillerin və  M.F.Axundzadənin əsərlərini tamaşaya hazırlayır. Teatr truppası Qarabağınuzaq yerlərinə də gedib çıxır, orada tamaşalar göstərir.  

Müəyyən müddətdən sonra, daha dəqiqi 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açıldı. O zaman Qaflan Muradov xalq arasında məşhurlaşmış bir sənətkar idi. Aktyor teatrda böyük həvəslə işə başladı. Elə Azərbaycanın Əməkdar artisti adını da o burada, teatrda üç il işlədikdən sonra aldı.

Qaflan Muradov ömrünün 80 ilindən 60 ilini teatra həsr etmişdi. Teatr onun həyat tərzinə çevrilmişdi. Bunu yazılı mənbələrdə yer alan bu hadisə də sübuta yetirir. 1941-ci ildə aktyorun ailəsində ağır itki baş verir. Onun on doqquz yaşlı oğlu Tofiq qəflətən dünyasını dəyişir. Baş verən üzücü hadisədən 3 gün sonra aktyor “Leyli və Məcnun” tamaşasında oynamalı idi. O zaman Məcnunun atasını oynayan Qaflan Muradov tamaşanın təxirə salınmasına yol vermir. Səhnəyə çıxır və öz kədərini də göz yaşları içində səhnədə ovutmağa çalışır. 

Görkəmli aktyor 1970-ci ildəÿAğdamÿşəhərində vəfat etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir