“Müsəlman qardaşlar” ölkədən qaçarkən yaxalandılar

Misirdə “Müsəlman qardaşlar” hərəkatının daha iki üzvü saxlanılıb. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, hərəkətin fəal üzvlərdən biri Safqat Heqazi və “Müsəlman qardaşlar” hərəkatının mətbuat katibi Murad Əli ölkədən qaçmaq istəyərkən yaxalanıblar.

“Associated press” agentliyinin yaydığı məlumatda Safqat Heqazinin Liviyaya qaçmağa cəhd edərkən, Murad Əlinin isə İtaliyaya uçmaq istəyərkən Qahirənin hava limanında saxlanıldığı bildirilir.