Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin həbsdən buraxılması barədə qərar qəbul edib.
Daha əvvəl, Qahirə məhkəməsi korrupsiya ittihamını Mübarəkin üzərindən götürdükdən sonra vəkil Farid ad-Dib keçmiş prezidentin həftəsonuna kimi azadlığa buraxılmalı olduğunu bildirmişdi.
Misirin keçmiş prezidenti 85 yaşlı Hosni Mubarak 2011-ci ildə «ərəb baharı» zamanı devrilib. O, Misir aksiyaçılara qarşı atəş əmri verməkdə təqsirləndirilirdi.
Mübarək azadlığa buraxılır
•