İlqar Məmmədovun sənədləri MSK-ya göndərilib

Prokurorluq hələ də notariusu REAL sədrinin yanına buraxmır

REAL Hərəkatının həbsdə olan sədri Ilqar Məmmədovun sənədləri MSK-ya göndərilib. Sənədləri onun vəkili Xalid Bağırov təcili poçtla yollayıb.

Hərəkatın Idarə Heyətinin üzvü və Ilqar Məmmədovun seçki qərargahının rəhbəriÿ Azər Qasımlı “Azadlıq” radiosuna bildirib ki, böyük ehtimalla MSK avqustun 20-də keçiriləcək iclasında məsələni müzakirə edəcək. Onun dediyinə görə, Baş Prokurorluq hələ də notariusun Ilqar Məmmədovun yanına keçməsinə icazə verməyib: “Daha əvvəl bu məsələ ilə əlaqədar Bakı Istintaq Təcridxanasının rəisinə də müraciət etmişdik. Əfsuslar olsun ki, onlar da bizə müsbət cavab vermədilər. Ona görə bir çıxış yolumuz qaldı ki, özümüz Ilqar Məmmədovun sənədlərini MSK-ya göndərək”.

Qanunvericiliyə əsasən, ya şəxs özü, ya da səlahiyyətli nümayəndəsi sənədlərini MSK-ya təqdim etməlidir. Ikinci halda, şəxs səlahiyyətli nümayəndəyə notarial qaydada təsdiq olunmuş etibarnamə verməlidir.

Ilqar Məmmədov avqustun 10-da Penitensiar Xidmət rəhbərliyinə müraciət edib ki, qanunvericilikdə ona verilmiş səlahiyyətdən istifadə edib, etibarnaməsini notarial qaydada təsdiqləsin. Ancaq ona belə bir səlahiyyətin olmadığını bildiriblər.

“Halbuki, bizim vəkil Xalid Bağırov bir müddət əvvəl başqa bir məhbus üçün belə bir sənəd almışdı”, – deyə Azər Qasımlı qeyd edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Idarəsinin sözçüsüÿMehman Sadıqovÿisə bir müddət əvvəl bildirmişdi ki, müxtəlif məsələlərin baxılmaÿmüddəti iki həftə, ya da bir aya qədərdir.ÿO müddətdə rəsmi müraciətlərə rəsmi də cavab verilir.

Imzatoplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfindən qeydə alınaraq, sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

Azər Qasımlı düşünür ki, Ilqar Məmmədovu seçkiyə buraxsalar, imza toplamağa çox az vaxtı qalacaq və ola bilsin, hakimiyyətin məqsədlərindən də biri budur.