Suriyadan İraqa keçən qaçqınlara kvota qoyulub

İraqdakı kürd muxtariyyətinin rəhbərliyi Suriyadan  gələn  qaçqınlara  gün ərzində 3 min nəfər  kvota qoyub. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Jumbe Omari Jumbe bildirir ki, buna baxmayaraq bazar ertəsi sərhəddi 5 min suriyalı keçib. BMT-nin məlumatına görə  ötən cümə axşamından bu yana Suriyadan İraqa təxminən 30 min adam qaçıb.Onların əksəriyyəti kürdlərdir. Ümumilikdə isə 29 aylıq Suriya münaqişəsində ölkəni  2 milyona yaxın adam tərk edib.