Əl-Baradeyi “Milli əmanətə xəyanət”də ittiham olunur

Onun haqqında cinayət işi açılıb

Misirdə prezidentin köməkçisi vəzifəsindən istefa verən Məhəmməd Əl-Baradeyi haqqında “Milli əmanətə xəyanət” ittihamı ilə cinayət işi açılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qaldırılan iddia ilə bağlı ilk məhkəmə prosesi sentyabrın 19-da keçiriləcək. Məhkəmədə əgər Baradeyinin günahı sübut olunarsa, 1430 dollar məbləğində cərəmə ödəyəcək. Halva Universitetinin professoru Seyyit Atik, Baradeyinin vitse-prezident vəzifəsinə şəxsi mövqeyinə görə deyil, Milli Qurtuluş Cəbhəsinin nümayəndəsi kimi gətirildiyini söyləyib: “İstefa verərkən nə xalq, nə də partiya ilə məsləhətləşdi. Bunun da adı əmanətə xəyanət və xalq adına verilən nümayəndəlik sifətindən kənara çıxmaqdır”. Atik qeyd edib ki, Baradeyinin istefası beynəlxalq arenada həqiqətə zidd addım kimi dəyərləndirilir.