Misirin devrilmiş prezidenti Məhəmməd Mursi 2012-ci ilin sonunda prezident sarayının ətrafında keçirilən aksiya iştirakçılarının qətli və onlara işgəncə verilməsində ittiham olunur.Bu o deməkdir ki, onun həbs müddəti gələn həftədən daha 15 gün uzadılacaq.Bu barədə France-Presse agentliyinə Misirin hüquq-mühafizə orqanlarından məlumat verilib. Mursi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir. Həmin gündən bu yana ölkədə baş verən toqquşmalarda 1000-ə yaxın adam ölüb.Mursinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatı onun hakimiyyətə qaytarılmasını tələb edir.