Şəki və Yevlaxdan mitinqə gələn cəbhəçilər saxlanıldı

Bu gün səhər saatlarından rayonlardan mitinqə gələnlərə əngəl yaradılmağa başlayıb. AXCP sədrinin müavini Gözəl Bayramlının Facebook-da verdiyi məlvmata görə, avtobusla Şəkidən mitinqə gələn 15 nəfər cəbhəçinin qarşısı kəsilib, avtobus boşaldılıb və sürücü, AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev və cəbhə fəalı Rauf Abdurəhmanlı Şəki Rayon Polis İdarəsinə aparılıb.

***

AXCP sədrinin müavini Gözəl Bayramlının azadliq.info-ya verdiyi məlumata görə, Yevlaxdan mitinqə gələn bir qrup cəbhəçi də saxlanılıb. Cəbhəçilərin saxlanması barədə məlumatı AXCP Ali Məclisinin Yevlaxdan olan üzvü Rövşən Hüseynov çatdırıb.