ACP lideri Rəsul Quliyev xalqı Milli Şuranın 18 avqust mitinqinə çağırış edib. O, facebook səhifəsində paylaşdığı müraciətdə qeyd edir ki, Azərbaycanda on illərdir davam edən rejim inkişafın əsas şərtinin özəyini dağıdıb. Cəmiyyət əks proses, alidən ibtidaiyə doğru geriləmə gedir. “Tarix göstərir ki, bu prosesi sındıra bilməyən xalqların gələcəkləri yoxdur” deyən ACP lideri Azərbaycan total deqradasiya astanasında olduğunu, ölkə vətəndaşlarının bu yaşayışa layiq olmadığını bildirir. “Özünüzün, övladlarınızın gələcəyinin, bütövlüklə xalqın azadlığı uğrunda ayağa qalxın. 18 avqust mitinqində aktiv iştirak edin. Sizin 3-4 saat özünüzə əziyyət verməniz Azərbaycan xalqının əbədi xoşbəxtliyi ilə qurtarar. Sizin aktivliyiniz, ciblərinizdən oğurlanan milyardları özünüzə qaytarar, xalqımızı “buyur ağa” psixologiyasından xilas edər. Höküməti azad və ədalətli seçkilərin keçirməsinə məcbur etmək hər birimizin fərdi məsuliyyətidir. Məsuliyyətdən qaçıb evlərinizdə gizlənməyin. Hamı 18 avqust mitinqinə”, – deyə R.Quliyev çağırış edir.
Rəsul Quliyevdən mitinqə çağırış
•