Putinin Bakıya səfərində biabırçılıq

PA əməkdaşı Rusiya xarici işlər nazirinin adını çox pis ifadə ilə çağırıb

Rusiya prezidenti Vladimir Putinini Azərbaycana səfəri zamanı sənədlərin imzalanma mərasimində ciddi səhvə yol verilib. Prezident Administrasiyasının protokol xidmətinin əməkdaşı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını Azərbaycan dilində pis ifadə ilə çağırıb.
Protokol xidmətinin əməkdaşı dərhal səhvini düzəltsə də, bu, Rusiya mediasının diqqətindən yayınmayıb. Mərasimdən hazırlanan videosüjetlərdə həmin ifadə aydın səslənir. Artıq Rusiya mətbuatı Prezident Administrasiyası əməkdaşının səsləndirdiyi ifadənin etimologiyasını araşdırıb və bunun Azərbaycan dilində çox pis söyüş olduğunu yazıb. 
Həmçinin bunun qəsdən edildiyi barədə mülahizələr irəli sürülüb.
Avropa.info-nun məlumatına görə isə Prezident Admnistrasiyasının həmin əməkdaşı etdiyi kobud səhvə görə işindən uzaqlaşdırılıb.