Ukrayna müxalifəti hökuməti Rusiyaya cavab verməyə çağırıb

Ukraynanın müxalifətdə olan “Azadlıq” partiyası ölkə rəhbərliyindən Rusiyanın gömrük məntəqələrində Ukrayna mallarına nəzarəti gücləndirməsinə müvafiq cavab verməyi  tələb edib. Ria Novostinin məlumatına görə, Ukrayna şirkətləri  faktiki  Rusiya bazarlarına çıxışı itirdiklərini deyirlər. Ukraynanın əmək federasiyası  buna görə  ölkəyə  dəymiş  ziyanın  2 milyard yarım dollar  civarında  dəyərləndirir. Keçmiş  prezident Biktor Yushenko  hesab edir ki, ixracçılar  Rusiya rəhbərliyinin Ukraynanın Avropa Birliyinə yaxınlaşmasını əngəlləməsinin girovuna çevriliblər. Ukrayna və Rusiya prezidentləri cümə günü telefonla yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya hökuməti qərarın nazirlər yox, gömrük orqanları səviyyəsində qəbul edildiyini deyir. Ukrayna Əmək Federasiyasının məlumatına görə,  Rusiyanın gömrük xidməti avqustun 14-dən  bütün Ukrayna mallarına ciddi gömrük nəzarət tətbiq edib.