Türkiyə və Misir arasında diplomatik gərginlik artır

Türkiyə ilə Misir arasında ciddi diplomatik gərginlik yaranıb. Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı Ankaranın çağırışı ilə ölkəsinə dönüb. Hava limanında jurnalistlərə açıqlama verən səfir deyib ki, Misirdə dərin və üzücü səssizlik var. Səfir Hüseyn Avni Botsalı Misirdə baş verənlərlə bağlı xarici işlər naziri Əhməd Davudoğlu və baş nazir Rəcəb Tayyib Ərdoğana məlumat verəcək.