Bu gün səhər saat 11-də Suqayıtda çayxanaya polis hücumu olub. Şəhərdəki Nərimanov mədəniyyət evinin arxasında yerləşən çayxanaya hücum edən polislər həmin obyekti bağlayıblar.
Məlumatı Avropa.info-ya AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov verib. İ.Qurbanov deyib ki, çayxananın bağlanması Milli Şuranın avqustun 18-ə təyin etdiyi mitinqlə bağlıdır: “Müxalifət partiyalarının Sumqayıt təşkilatlarının qərargahları olmadığı üçün ora yığışırıdlar. Polis çayxana sahibinə deyib ki, çayxananı üç gündən sonra açarsız. Bu addım da mitinqlə bağlıdır”.
Sumqayıtda müxalifətçilərin yığışdığı çayxanaya polis hücumu
•