“Azadlıq”a kiber hücum daha böyük miqyas aldı

Hakerlər saytın yerləşdiyi şirkətin mərkəzi serverlərini çökdürmək itəyirlər

Avqustun 16-ı axşam saatlarından başlayaraq saytımıza yenidən haker hücumları təşkil olunub. Bu dəfə hücumların hədəfi daha böyükdür. Hakerlər bu dəfə müxtəlif GEt FLOOD, HTTP FLOOD, UDP FLOOD metodlarından istifadə edərək saytımızın yerləşdiyi şirkətin DNS serverlərini çökdürməyə çalışırlar. Saytın yerləşdiyi şirkətin mütəxxəsislərinin verdiyi məlumata görə, hücumlar aramsız təşkil edilir. 600 müxtəlif serverdən şirkətin DNS serverlərinə hücumlar bu saatlarda davam edir. Mütəxəssislər onu da bildirirlər ki, şirkətin əsas mərkəzi serverlərini vurmaq “Azadlıq”ın saytını sıradan çıxarmaq məqsədi daşıyır. Mütəxəssislər müəyyənləşdiriblər ki, şirkətin DNS serverlərinə hücum Rusiya və İran üzərindən təşkil olunur. Əsas mənbə isə Rusiyadır.
Əlavə məlumat veriləcək.