Amazonkada itmiş qəbilə tapılıb (video)

Braziliyanın Jornal Hoje telekanalı böyük ehtimalla bir yaşayış məntəqəsinə gedən hindu qəbiləsini nümayiş etdirib. Bu əraziyə ekspedisiya zamanı hindularla məşğul olan hökumət agentliyinin əməkdaşları təsadüfən meşə sakinləri ilə rastlaşıb. Sonrada mütəxəssislər hinduların kiçik kavaxiva qəbiləsinə aid olduğunu müəyyən edib. Beləliklə videoyazı kavaxiva qəbiləsinin mövcudluğun təsdiq edən ilk sübut olub. Bu bir daha təsdiq edir ki, hələ də keçilməz cəngəlliklərdə sivil dünya ilə təmasda olmayan insanlar yaşamaqdadır.

azadlıq.info