Qəbələdə türk sammiti

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçiriləcək III zirvə toplantısına hamıdan əvvəl Türkiyə prezidenti Abdulla Gül gəlib. Avqustun 14-də Qəbələ Beynəlxalq Hava Limanında Abdulla Gülü iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri AzərTAc yayıb.

APA-nın məlumatına görə, Qırğızstan prezidenti Almazbek Atambayev də artıq Qəbələyə gəlib.

Beynəlxalq hökumətlərarası təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan yaradıb.