Güney Azərbaycanın mühacir liderinə viza vermədilər və aeroportdan geri qaytardılar
Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı 7 illik fasilədən sonra avqustun 15-i axşam saatlarında Bakıya gəlib. Onu səfərdə oğlu Alparslan çüşaiyət edib. Lakin Çöhrəqanlılar Bakı beynəlxalq hava limanından şəhərə buraxılmayıblar. Onları bir müddət aeroportda gözlətdikdən sonra gəldikləri təyyarə ilə geri qayttarıblar.
Mahmudəli Çöhrəqanlı bir müddət əvvəldən Azərbaycana gəlmək istədiyi bildirmişdi. Bunun üçün sənədlərini Azərbaycanın ABŞ-dakı səfirliyinə verib viza da almaq istəmişdi. Lakin səfirlik ona viza verməmişdi. Bundan sonra Güney Azərbaycan hərəkatının lideri Bakıya vizasız gəlmək və burada, hava limanında viza almağa qərar vermişdi. Lakin ona Bakıda da viza verilməyib.
Çöhrəqanlılar aeroportda olanda Alparslan “AzNews.az” deyib ki, onlara viza verilməyəcəyini hiss edirlər, lakin bununla bağlı konkret heç nə deyilmir.
Təxminən 8 saat aeroportda saxladıqdan sonra Mahmudəli Çöhrəqanlını və oğlu Alparslanı gəldikləri təyyarə ilə geri qaytarıblar.
“Təəssüf ki, doğma vətənim Azərbaycana gəlməyimə bu dəfə də imkan verilmədi. Mən bundan çox təəssüflənirəm və doğma vətənlə, soydaşlarımla qovuşmamağın sarsıntısını yaşayıram”, – deyə M.Çöhrəqanlı üzlə.diyi vəiyyətə münasibət bildirib.