ABŞ Misirlə birgə hərbi təlimləri təxirə salıb

ABŞ prezidenti Barack Obama Misirin olduqca  təhlükəli yol tutduğunu bildirib və ölkədə dinc sakinlərə qarşı  zorakılıqları kəskin pisləyib.O buna görə Misirlə nəzərdə tutulmuş birgə hərbi təlimləri təxirə salıb.Obama  Misirdəki müvəqqəti hökumət və təhlükəsialik qüvvələrinin  hərəkətini kəskin tənqid edib. Amma o Misirə 300 milyon dollarlıq hərbi yardımın dayandırılıb-dayandırılmaması barədə bir şey deməyib. Misir ordusu ölkədə etiraz aksiyalarını dağıdarkən  500-dən çox adamın öldürüldüyü bildirilir. ABŞ, BMT, Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə  ölkədə qan tökülməsini təcili dayandırmağa çağırıblar.